Azərbaycan sərbəst güləş yığması İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda ilk iki görüşünü qələbə ilə başa vurub. Sportnet.az-ın məlumatına görə, A qrupunda yer alan millimiz ilk görüşdə Rusiya ilə üz-üzə gəlib.
Güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32:29 hesabı ilə öndə olan yığmamız qarşılaşmanı qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Qrupda ABŞ-la keçiriləcək son görüş sabah saat 9:00-da başlayacaq.
Rusiya - AZƏRBAYCAN - 4:4 (29:32)
57 kq. Artyom Gebekov - Georgi Edişeraşvili 5:2
61 kq. Camal Otarsultanov - Əli Rəhimzadə 6:6*
65 kq. Alan Gogaev - Hacı Əliyev 1:2
70 kq. Maqomedxabib Kadimaqomedov - David Suynuçxanov 10:6
74 kq. Radik Valiev - Cəbrayıl Həsənov 2:6
86 kq. Vladislav Valiev - Şərif Şərifov 2:1
97 kq. Rasul Maqomedov - Nurməhəmməd Hacıyev 2:1
125 kq. Vladislav Baitsaev - Cəmaləddin Məhəmmədov 1:8
AZƏRBAYCAN - Gürcüstan - 5:3
57 kq. Mahir Əmiraslanov - Otari Gogava 5:5*
61 kq. Əli Rəhimzadə - Giorgi Revazişvili 12:2
65 kq. Hacı Əliyev - İveriko Julakidze 10:0
70 kq. David Suynuçxanov - Konstantin Xabalaşvili 7:5
74 kq. Cəbrayıl Həsənov - Jumber Kvelaşvili 5:0
86 kq. Şərif Şərifov - Davit Xutsişvili 2:2*
97 kq. Aslanbek Alborov - Zviad Metreveli 10:0
125 kq. Cəmaləddin Məhəmmədov - Geno Petriaşvili 7:13
AZƏRBAYCAN - ABŞ (17 fevral, saat 09:30).