İtaliyanın paytaxtı Romada kişilər arasında Avropa açıq çempionatına start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası mötəbər turnirin ilk günündə aktivinə bir medal yazdırıb.
60 kq çəki dərəcəsində yer alan Oruc Vəlizadə ilk görüşündə hollandiyalı Roy Koffijberqi, daha sonra cənubi koreyalı Hyuk Çoiyi məğlub edib. Cüdoçumuz 1/4 finalda rusiyalı İslam Yaşuyevə uduzaraq təsəlliverici görüşə qatılıb. Vəlizadə bu mərhələdə qırğızıstanlı Argen Bakıtbekə qalib gəlib. 3-cü yer uğrunda görüşdə isə o, fransalı Riçard Verqnesi məğlub edərək bürünc medala sahib olub.
Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunur.