1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçularımız 2 medal qazandı
Azərbaycanın qadın boksçulardan ibarət yığma komandası Polşanın paytaxtı Varşavada Feliks Stammanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, XXXIV dəfə təşkil olunan A kateqoriyalı ənənəvi yarışda Azərbaycanın 6 boksçusundan 2-si medal qazanıb.
Yığmanın lideri Anna Əlimərdanova bütün rəqiblərindən üstün olub. 57 kq çəki dərəcəsində çıxış edən Avropa Oyunlarının bürünc medalçısı finalda amerikalı Vendi Cesi ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Əlimərdanova qızıl medala yiyələnib.
Digər medalı Şəhla Allahverdiyeva qazanıb. 69 kq çəkidəki boksçu həlledici görüşdə almaniyalı Nadine Apitsə 0:5 hesabı ilə uduzub. Ümumi komanda hesabında Azərbaycan 23 ölkə arasında 2-ci yeri tutub.
Qeyd edək ki, digər boksçulardan Viktoriya İsmayılova (51 kq) ilə Məhsəti Həmzəyeva (57 kq) 1/8, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) 1/4 finalda məğlubiyyətə üzülüb.