Almaniyanın Dortmund şəhərindəki gənclər arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, pəhləvanlardan 3-ü finaladək irəliləməyi bacarıb.
55 kq çəkidə yarışan Əfqan Xaşalov ardıcıl olaraq İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən azərbaycanlı güləşçi onlardan 34 xal ala bilib. Həlledici görüşdə Xaşalovun rəqibi bolqarıstanlı Mikyay Salim Naim olacaq.
66 kq-da mübarizə aparan Mahal Novruzov da finala qədər rəqiblərinə xal verməyib. O, ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə Novruzovun rəqibi rusiyalı Anzor Zakuyev olacaq.
84 kq çəkidə yer alan Hacımurad Məhəmmədsəidov isə ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə o da Rusiya təmsilçisi ilə - Hacımurad Najmudinovla qarşılaşacaq.
Yalnız 120 kq çəkidəki Umar İsrailov ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan sərbəst güləşçilərindən Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) bürünc medal əldə edib.
55 kq
1/8 final - Əfqan Xaşalov - Nino Leutert (SUI) 12:0
1/4 final - Əfqan Xaşalov - Arsen Harutyunyan (ARM) 12:0 (tuşe)
1/2 final - Leonid Colesnic (MDA) - Əfqan Xaşalov 0:10
FİNAL - Əfqan Xaşalov - Mikyay Salim Naim (BUL)
66 kq
1/8 final - Mahal Novruzov - Marek Kuett (EST) 11:0
1/4 final - Mahal Novruzov - Erik Aruşaniyan (UKR) 10:0 (41 san.)
1/2 final - Dzemal Ruşen Ali (BUL) - Mahal Novruzov 0:11 (68 san.)
FİNAL - Anzor Zakuev (RUS) - Mahal Novruzov
84 kq
1/8 final - Hacımurad Məhəmmədsəidov - Gabriele Doro (ITA) 10:0 (41 san.)
1/4 final - Zaur Beradze (GEO) - Hacımurad Məhəmmədsəidov 0:10 (60 san.)
1/2 final - Hovhannes Mxitaryan (ARM) - Hacımurad Məhəmmədsəidov 0:5 (tuşe)
FİNAL - Hacımurad Məhəmmədsəidov - Gadzhimagomed Nazhmudinov (RUS)
120 kq
1/8 final - Zuriko Urtaşvili (GEO) - Umar İsrailov 9:6.