Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, qızıl medallara Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib olub. Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Bu nəticə ilə Azərbaycan yığması çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
İkinci yarış gününün nəticələri:
55 kq
1/8 final. Əfqan Xaşalov - Nino Leutert (İsveçrə) - 12:0
1/4 final. Əfqan Xaşalov - Arsen Harutyunyan (Ermənistan) 12:0 (tuşe)
1/2 final. Leonid Kolesnik (Moldova) - Əfqan Xaşalov - 0:10
FİNAL. Əfqan Xaşalov - Mikyay Salim Naim (Bolqarıstan) - 13:2
66 kq
1/8 final. Mahal Novruzov - Marek Kuett (Estoniya) - 11:0
1/4 final. Mahal Novruzov - Erik Aruşaniyan (Ukrayna) - 10:0 (41 san.)
1/2 final. Cemal Ruşen Ali (Bolqarıstan) - Mahal Novruzov - 0:11 (68 san.)
FİNAL. Anzor Zakuyev (Rusiya) - Mahal Novruzov - 11:1
84 kq
1/8 final. Hacımurad Məhəmmədsəidov - Qabriele Doro (İtaliya) - 10:0 (41 san.)
1/4 final. Zaur Beradze (Gürcüstan) - Hacımurad Məhəmmədsəidov - 0:10 (60 san.)
1/2 final. Hovhannes Mxitaryan (Ermənistan) - Hacımurad Məhəmmədsəidov 0:5 (tuşe)
FİNAL. Hacımurad Məhəmmədsəidov - Hacımaqomed Najmudinov (Rusiya)
120 kq
1/8 final. Zuriko Urtaşvili (Gürcüstan) - Umar İsrailov - 9:6.
Qeyd edək ki, ötənilki Avropa çempionatında Azərbaycanın sərbəst güləş komandası 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olub.