Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 5-ci yeri tutub.
Sportnet.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən idmançı bürünc medal uğrunda görüşdə gürcüstanlı Amiran Papinaşviliyə məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə tatamiya çıxan digər Azərbaycan cüdoçuları - Orxan Səfərov (60 kq) və Aişə Qurbanlı (48 kq) medalçılar sırasına düşə bilməyiblər. Hər iki idmançı 1/8 finalda uduzub.
----------------------------
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında ilk təsəlliverici görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançının rəqibi KXDR təmsilçisi Kim Yonq Qvon olub. Hüseynov rəqibinə ipponla qalib gəlib.
O, bürünc medal uğrunda görüşdə Amiran Papinaşvili (Gürcüstan) ilə qarşılaşacaq.
-----------------------------------
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsindəki 20 yaşlı idmançının rəqibi yaponiyalı ikiqat dünya çempionu Naohisa Takato olub. Takato 37 saniyəyə ipponla qalib gələrək, yarımfinala yüksəlib. Hüseynov isə bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq. Bu mərhələdə ilk rəqib KXDR təmsilçisi Kim Yonq Qvon olacaq.
Qarşılaşmalar saat 16:00-da start götürəcək.
------------------------------------------
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 20 yaşlı idmançı 1/8 finalda ispaniyalı Fransisko Qarriqosu məğlub edib. Onun növbəti rəqibi yaponiyalı ikiqat dünya çempionu Naohisa Takato olacaq.
--------------------------------------------------
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Beslan Mudranovu 2 dəqiqə 32 saniyəyə ipponla məğlub edib. Hüseynov bu qələbəni görüş zamanı çiynindən zədələnməsinə və bir epizodda işlətdiyi fəndə xal verilməməsinə rəğmən əldə edib. Hüseynovun növbəti rəqibi ispaniyalı Fransisko Qarriqos olacaq.
Bu çəkidəki digər cüdoçu Orxan Səfərov isə 1/8 finalda gürcüstanlı Amiran Papinaşviliyə 20 saniyəyə ipponla uduzaraq, mübarizəni dayandırıb.
48 kq çəki dərəcəsində yer alan qadın cüdoçu Aişə Qurbanlı da 1/8 finalda argentinalı Paula Paretoya ipponla uduzaraq, çıxışlarını başa vurub.
-------------------------------------------
Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı 1/16 finalda madaqaskarlı Nazir bin Abdunu 12 saniyəyə ipponla məğlub edib. Onun 1/8 finaldakı rəqibi gürcüstanlı Avropa və dünya çempionu Amiran Papinaşvili olacaq.
Bu çəkidəki azərbaycanlı digər cüdoçu Kəramət Hüseynov isə 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Beslan Mudranovla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl qadınlar arasında 48 kq çəki dərəcəsində yer alan Aişə Qurbanlı da 1/8 finala yüksəlib.
----------------------------
Azərbaycanın qadın cüdoçusu Aişə Qurbanlı Bakıda start götürən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/16 finalda avstraliyalı Karolin Heynə 1 dəqiqə 31 saniyəyə ipponla qalib gəlib. Onun növbəti rəqibi argentinalı Paula Pareto olacaq.
---------------------
Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın hər 3 təmsilçisi ilk görüşünü qələbə ilə başa vurub.
Sportnet.az-ın məlumatına görə, son olaraq, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/32 finalda belçikalı Joran Şildermansa ipponla qalib gəlib. O, cəmi 69 saniyəyə təmiz qələbə qazanıb. Hüseynov 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Beslan Mudranovla üz-üzə gələcək.
Daha əvvəl bu çəkidəki azərbaycanlı digər cüdoçu Orxan Səfərov 1/32 finalda monqolustanda Amartuvşin Bayaraanı ipponla yenib. Onun 1/16 finaldakı rəqibi madaqaskarlı Nazir bin Abdu olacaq.
Qadınlar arasında 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə 1/32 finalda hollandiyalı Amber Gersyesi cərimə xalları hesabına üstələyib. Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq.
-----------------
Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha bir təmsilçisi tatami üzərinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/32 finalda monqolustanda Amartuvşin Bayaraa ilə üz-üzə gəlib. Səfərov qarşılaşmanın bitiminə 52 saniyə qalmış ipponla qələbə qazanıb. Onun 1/16 finaldakı rəqibi Edvin Sello (Botsvana) - Abdu Bin Nazir (Madaqaskar) görüşünün qalibi olacaq.
Bu çəkidə Azərbaycanın daha bir təmsilçisi Kəramət Hüseynov ilk görüşünü 1/32 finalda belçikalı Joran Şildermansa qarşı keçirəcək.
Qeyd edək ki, daha əvvəl Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyesi cərimə xalları hesabına üstələyib. Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq.
--------------------
Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın ilk təmsilçisi tatami üzərinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə üz-üzə gəlib. Görüş Qurbanlının qələbəsi ilə yekunlaşıb. O, rəqibini cərimə xalları hesabına üstələyib.
Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq.
-------------------
Bu gün Azərbaycan tarixində ilk dəfə Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə qadınların mübarizəsində 48 kq, kişilərdə isə 60 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan yığmasını bu çəkilərdə müvafiq olaraq, Aişə Qurbanlı və Orxan Səfərovla Kəramət Hüseynov təmsil edəcəklər. Onların hər üçü mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar.
Qadınlar
48 kq
1/8 final. Aişə Qurbanlı - Paula Pareto (Argentina)
1/16 final. Aişə Qurbanlı - Karolin Heyn (Avstraliya)
1/32 final. Aişə Qurbanlı - Amber Gersyes (Hollandiya)
Kişilər
60 kq
1/8 final. Orxan Səfərov - Amiran Papinaşvili (Gürcüstan)
1/16 final. Orxan Səfərov - Nazir bin Abdu (Madaqaskar)
1/32 final. Orxan Səfərov - Amartuvşin Bayaraa (Monqolustan)
Bürünc medal uğrunda görüş Kəramət Hüseynov - Amiran Papinaşvili (Gürgüstan)
Təsəlliverici görüş: Kəramət Hüseynov - Kim Yonq Qvon (KXDR)
1/4 final. Naohisa Takato (Yaponiya) - Kəramət Hüseynov
1/8 final. Fransisko Qarriqos (İspaniya) - Kəramət Hüseynov
1/16 final. Beslan Mudranovla (Rusiya) - Kəramət Hüseynov
1/32 final. Kəramət Hüseynov - Joran Şildermans (Belçika)
İlk görüşlər saat 10:00-da, medal qarşılaşmaları isə saat 16:00-da başlanacaq.
Qeyd edək ki, fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.