Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu gün son 5 çəki dərəcəsində medalların sahibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq-da çıxış edən "klassiklər" medal görüşlərinə çıxıblar. Azərbaycan bu çəkilərin hamısında təmsil olunub. Onlardan birinin ilk görüşü təsnifat, qalanlarının isə 1/8 final mərhələsinə təsadüf edib. Lakin azərbaycanlı güləşçilərin heç biri finala yüksələ bilməyib. Yalnız Orxan Nuriyev bürünc medal uğrunda görüşlərə qatılmaq hüququ əldə edib. Nuriyev bu gün macarıstanll Adam Varqanı 2:1 hesabı ilə yensə də, bürünc medal uğrunda həlledici görüşdə finlandiyalı Matti Elias Kuominenə uduzub. Görüşün sonlarında 2:3 hesabı ilə geridə olduğu vaxt o, ayağa qadağan edilmiş fənd tətbiq etmək istədiyi üçün cəzalanıb və rəqib qalib elan olunub. Nəticədə Nuriyev 5-ci yeri tutub.
Beləliklə, Azərbaycan güləşçiləri Avropa çempionatını 4 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurublar.
60 kq
1/4 final Murad Məmmədov - Lenur Temirov (Ukrayna) - 5:8
1/8 final. Murad Məmmədov - David Andrey Ersetiç (Polşa) - 9:0
67 kq
1/4 final. Kamran Məmmədov - Mate Nemes (Serbiya) - 1:2
1/8 final. Kamran Məmmədov - Fredrik Holmquist Byerrehuus (Danimarka) - 5:0
72 kq
1/8 final. Ülvi Qənizadə - Dominik Etlinger (Xorvatiya) - 2:7
Təsnifat. Ülvi Qənizadə - Anatoli Popov (Moldova) - 9:0
82 kq
1/8 final. Rafiq Hüseynov - Peter Naqi (Macarıstan) - 2:4
97 kq
Bürünc medal görüşü: Orxan Nuriyev - Matti Elias Kuosmanen (Finlandiya)
Təsəlliverici görüş. Orxan Nuriyev - Adam Varqa (Macarıstan)
1/4 final. Orxan Nuriyev - Kiril Milenov Milev (Bolqarıstan) - 1:1
1/8 final. Orxan Nuriyev - Artur Şahinyan (Ermənistan) - 3:0
Qeyd edək ki, ilk 5 çəki dərəcəsindəki Azərbaycan yunan-Roma güləşçilərindən İslam Abbasov (87 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) bürünc medal qazanıb. Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) isə təsəlliverici görüşdə uduzaraq, medalsız qalıblar.