
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürüb.
İlk yarış günündə sərbəst və yunan-Roma güləşçiləri 45 kq və 55 kq çəki dərəcələrində mübarizəyə qoşulub.
Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisinə "tuşe" ilə qalib gəlib. Komanda yoldaşından geri qalmayan Əbülfəz Nəsirov da cəmi 30 saniyə ərzində britaniyalı rəqibini "tuşe" ilə üstələyib. Fərid Sadıxlı da festivala inamlı start verib. O, ilk hissədə İtaliya idmançısını məğlub edərək 1/4 finala yüksəlib. Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb.
Sərbəst güləş
45 kq
A qrupu
1-ci tur. Murad Haqverdiyev - Eldar Asakayev (RUS) 6:0 (tuşe)
55 kq
1/8 final. Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR) - 4:0 (tuşe)
1/4 final. Əbülfəz Nəsirov
Yunan-Roma güləşi
45 kq
Təsnifat. Fərid Sadıxlı - Andrea Martino (İTA) - 9:0
1/4 final. Fərid Sadıxlı
55 kq
1/8 final. Nihat Məmmədli - Olivye Şkripçak (POL) - 11:0
1/4 final - Nihat Məmmədli