Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni sınağa çəkib. Rəqibini məğlub edən (11:4) Haqverdiyev qızıl medal qazanıb.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) isə bürünc medala sahib olub.