
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Qran-pridə Azərbaycan millisi daha iki medal qazanıb.
Sportnet.az xəbər verir ki, sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabı ilə uduzaraq gümüş medala sahib olub.
Yunan-Roma güləşçisi Həsən Əliyev (77 kq) isə qırğızıstanlı Kayratbek Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.