
Sportnet.az xəbər verir ki, altıncı yarış günündə Azərbaycanın son 4 yunan-Roma güləşçisi mübarizə aparıb.
Namaz Rüstəmov ilk mərhələdə prinsipial görüşə çıxıb. Rusiyanı təmsil edən erməni güləşçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk hissə rəqibin 5:0 hesablı üstünlüyü ilə başa çatsa da, Rüstəmov ikinci hissədə geridönüş etməyi bacararaq sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Amma növbəti görüşdə o, hesabda öndə olarkən səhvə yol verərək yaponiyalı rəqibinə uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Sənan Süleymanov daha bir yaponiyalıya elə ilk hissədə qalib gələrək dünya çempionatına inamlı start verib. Norveç təmsilçisini də vaxtından əvvəl məyus edən Süleymanov adını yarımfinala yazdırıb. O, daha sonra Moldova güləşçisindən də güclü olaraq finala vəsiqə qazanıb. Bu gün İran pəhləvanı ilə həlledici qarşılaşmada uduzan azərbaycanlı güləşçi gümüş medala layiq görülüb.
Arif Niftullayev ilk görüşdə Finlandiya idmançısına müqavimət göstərə bilməyib. Ancaq rəqib finala yüksəldiyi üçün o, Bu gün təsəlliverici görüşə çıxmaq hüququ əldə edib və yenə də uduzub.
60 kq
Təsnifat. Əsgər Əlizadə - Jolaman Şarşenbekov (Qırğızıstan) - 0:4
Təsəlliverici görüş. Əsgər Əlizadə - Artur Petrosyan (Rusiya) - 0:8
67 kq
Təsnifat. Namaz Rüstəmov - Alen Mirzoyan (Rusiya) - *5:5
1/8 final. Namaz Rüstəmov - Katsuaki Endo (Yaponiya) - 3:5
72 kq
1/8. Sənan Süleymanov - Nao Kusaka (Yaponiya) - 10:0
1/4 final. Sənan Süleymanov - Xuan Sebastyan Aak (Norveç) - 15:6
1/2 final. Sənan Süleymanov - Valentin Petiç (Moldova) - 6:0
FİNAL. Sənan Süleymanov - Məhəmmədrza Gerayi (İran) - 0:7
97 kq
1/8 final. Arif Niftullayev - Arvi Martin Savolaynen (Finlandiya) - 4:12
Təsəlliverici görüş. Arif Niftullayev - Məhəmmədhadi Saravi (İran) - 1:7