
Sərbəst güləş üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 26-dan ölkə xaricində hazırlıq prosesinə start verən milli Qazaxıstan, Bolqarıstan, Hindistan, Türkmənistan və Rusiyadan olan güləşçilərlə birgə toplanış keçir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edən təlimlər yanvarın 9-da yekunlaşacaq.
Ertəsi gün komanda üzvləri 2020-ci ildə ilk yarışına çıxacaq. Yanvarın 12-dək İstanbulda Yaşar Doğunun xatirə turniri keçiriləcək. Ənənəvi yarışda iştirak edəcək heyət yaxın günlərdə açıqlanacaq.