Yunan-Roma güləşi üzrə Azərbaycan yığması yanvarın 25-dən növbəti təlim-məşq toplanışına start verib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Nitsa "Qran-pri"sində çıxış etdikdən sonra vətənə qayıdan milli bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan toplanış gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır.
Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.