Dünya Güləş Birliyinin (UWW) "Instagram" səhifəsində dünyanın ən tanınmış qadın güləşçiləri arasında virtual yarış başlayıb.
Sportnet.az-ın məlumatına görə, onlayn turnirə Azərbaycanın dünya və Avropa çempionu, olimpiadanın mükafatçısı Mariya Stadnikin də adı salınıb.
32 yaşlı idmançı ilk mərhələdə Nigeriya təmsilçisi Odunayo Adekuroe ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev sərbəst güləşçilər arasında keçirilən virtual yarışda ikinci olub.