Rusiyalı güləşçi Zaurbek Sidakovun bir neçə gün öncə döyərək toy mərasimindən qovduğu keçmiş nişanlısı Mədinə Moskvaya qaçıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə dünya çempionunun ailəsinə yaxın şəxslərdən biri "Mk.ru" saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, məlum qalmaqaldan sonra xanımın ailəsi də ondan imtina edib və evdən qovub.
Mənbə bildirib ki, Sidakov gəlini toydan qovduqdan sonra uşaq kimi ağlayıb: "Toy çox dəbdəbəli idi. Məclisdə tanınmış insanlar, Dağıstandan güləşçilər iştirak edirdilər. 8 milyon rus rublu yığılmışdı. Toyun ikinci günü daha 500 nəfər üçün stol açılmışdı. Bu vaxt Mədinənin yarıçılpaq fotoları və onunla bağlı mesajlar gəlməyə başladı. Zaur telefonuna baxdı və bir anda ayağa qalxıb gəlinin otağına qaçdı. Sonra onu saçından tutub həyətə çıxardı və yerə atdı. Ardınca isə oturub uşaq kimi ağladı".
O, güləşçinin Mədinəni heç vaxt bağışlamayacağını söyləyib: "Onun olduqca ciddi ailəsi var. Bu, onlar üçün böyük zərbə oldu. Zaurun anası hələ də özünə gələ bilmir. Əlbəttə, onu bağışlamayacaq. Düzdür, bu, onun öz işidir. Amma məncə, mümkün deyil. Üstəlik, baş verənləri o qədər hörmətli insan gördü. Bizim oğlanlar gənc qızları bakirə olmadıqda qovurlar.
Qeyd edək ki, Zaurbek Sidakov toy günü gələcək həyat yoldaşının keçmişdə eskort xidməti ilə məşğul olduğunu öyrənib və onu evdən qovub.