İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri-2019" layihəsi üzrə keçirdiyi səsvermədə "İLİN DÖYÜŞKƏN İDMANÇISI" nominasiyasında şəhid cüdoçu Cəbrayıl Dövlətzadə birinci olub. "İLİN DÖYÜŞKƏN İDMAN QURUMU" nominasiyasının qalibi isə Orduya maddi və mənəvi dəstəyə görə Azərbaycan Cüdo Federasiyası olub.
Mükafatları şəhidin atası Dövlət Dövlətzadəyə İAM-ın sədri Elşən Məmmədov, federasiyanın baş katibi Elmar Babanlıya isə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov təqdim edilib.
Sportnet.az tədbirdən hazırlanmış video-reportajı təqdim edir...