
Azərbaycanın qadın güləşçilərindən ibarət milli komandası Almaniyanın Dormagen şəhərində keçirilmiş "Qran Pri"də mübarizə aparıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışda ölkəmizi baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında 3 pəhləvan təmsil edib.
Onlar 1 qızıl və 2 bürünc medal qazanıblar.
48 kq çəki dərəcəsində mübarizə aparan komandamızın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Polşa, Kanada, Rusiya və yarımfinalda daha bir Kanada təmsilçisini məğlub edən güləşçimiz finalda Almaniya güləşçisinə də heç bir şans verməyib.
58 kq çəki dərəcəsində mübarizə aparan İrina Netreba yarışa Fransa təmsilçisi üzərində qələbə ilə başlayıb. Ancaq yarımfinalda Qırğızıstan güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda son təsəlli görüşündə Rusiya təmsilçisini yenib.