1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Öncə Kislovodsk, sonra Paris
Sərbəst güləş üzrə Azərbaycan yığma komandası ilin ilk təlim-məşq toplanışına başlayıb. Sportnet.az-ın məlumatına görə, yığma üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiyanın Kislovodsk şəhərində hazırlıq keçirlər.
Yanvarın 7-dən başlayan toplanışda böyüklərdən ibarət millinin 21, gənclər yığmasının 9 güləşçisi iştirak edir.
Qeyd edək ki, təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq. Daha sonra Azərbaycan yığması Fransanın paytaxtı Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.