
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq-da çıxış edən idmançı bolqarıstanlı Yanislav Gerçevlə qarşılaşıb.
Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn 23 yaşlı cüdoçu fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Beləliklə, Azərbaycan millisi ilk yarış gününü bir bürünc medalla başa vurub.
------------------
Azərbaycan cüdoçuları Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, yarışın ilk günündə 3 idmançı qüvvəsini sınayıb.
60 kq-da çıxış edən Kəramət Hüseynov 1/16 finalda moldovalı Nikolae Focaya ipponla qalib gəlib. Növbəti raundda Türkiyə təmsilçisi Mihrac Akkuşu məğlub edən 23 yaşlı cüdoçu 1/4 finalda Fransisko Qarriqosa ipponla uduzub. Təsəlliverici görüşdə Angelo Pantano ilə üz-üzə gələn Hüseynov ipponla qələbə qazanaraq, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.
66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov də yarışa uğurlu start verib. 1/6 finalda israilli Amit Boboviçi ipponla məğlub edən Avropa çempionu 1/8 finala adlayıb. Lakin bu raunnda Vadim Bunesku (Moldova) ilə bacarmayan idmançı mübarizəni dayandırıb.
Eyni uğursuzluğu həmin çəkidə yarışan digər Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə də yaşayıb. 1/16 finalda Matej Polyaka (Slovakiya) ipponla qalib gələn cüdoçu 1/8 finalda Portuqaliya təmsilçisi Joao Krisostomoya uduzub.
Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. Yarışda 45 ölkədən 359 idmançı iştirak edir.
------------------------
Bu gün cüdo üzrə Azərbaycan millisi Portuqaliyanın paytaxtı Lissabonda start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 3 idmançı qüvvəsini sınayacaq.
60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Nikolae Foça (Moldova) ilə üz-üzə gələcək.
66 kq-da yarışan son Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Amit Boboviçlə (İsrail), eyni çəkidəki Nicat Şıxəlizadə isə Matej Polyakla (Slovakiya) görüşəcək.
Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. Yarışda 45 ölkədən 359 idmançı iştirak edir.
Kişilər
60 kq
1/16 final. Kəramət Hüseynov - Nikolae Foça (Moldova)
1/8 final. Kəramət Hüseynov - Mihrac Akkuş (Türkiyə)
1/4 final. Kəramət Hüseynov - Fransisko Qarriqos (İspaniya)
Təsəlliverici görüş: Kəramət Hüseynov - Angelo Pantano (İtaliya)
Bürünc medal görüşü: Kəramət Hüseynov - Yanislav Gerçev (Bolqarıstan)
66 kq
1/16 final. Nicat Şıxəlizadə - Matej Polyak (Slovakiya)
1/8 final. Nicat Şıxəlizadə - Joao Krisostomo (Portuqaliya)
1/16 final: Orxan Səfərov - Amit Boboviç (İsrail)
1/8 final. Orxan Səfərov - Vadim Bunesku (Moldova)