
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev karyerası ilə bağlı qərar verib.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu bununla bağlı feysbuk səhifəsində paylaşım edib.
Postda "Paris-2024" yazan titullu idmançı 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə işarə vurub.
Qeyd edək ki, Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.