
Azərbaycanın daha bir qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 68 kq-dakı Nigar Mirzəzadə finala gedən yolda türkiyəli Aslı Demirlə qarşılaşıb.
Qarşılaşmadan 0:6 hesabı ilə məğlub ayrılan Mirzəzadə bürünc medal uğrunda yarışacaq. Rəqib Karolina Kozlovska (Polşa) - Marta Navarro (İspaniya) görüşünün güclüsü olacaq.
-----------------------------
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan idmançı moldovalı Mixaela Samoillə üz-üzə gəlib.
Rəqibini 11:4 hesabı ilə məğlub edən Məmmədova finala vəsiqə qazanıb. Onun həlledici qarşılaşmadakı rəqibi rumıniyalı Andreya Beatris Ana olacaq.
50 kq-da çıxış edən Şəhanə Nəzərova isə yarımfinalda macarıstanlı Şimonetta Şeker 0:8 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda Liza Ersel (Almaniya) - Mariya Leorda (Moldova) görüşünün qalibi ilə mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb.
---------------------------------
Azərbaycanın üç qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 final mərhələsində Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2.
55 kq-dakı Elnurə Məmmədova eyni raundda Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlubiyyətə uğradıb.
Nəzərova finala gedən yolda Şeker Şimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.