Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı finala gedən yolda rumıniyalı Krista İntse ilə qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Manolova həlledici görüşə vəsiqə qazanıb. O, finalda ukraynalı Tatyana Rıjko ilə üz-üzə gələcək.
----------------------------------
Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Tetyana Rijkoya (Ukrayna) məğlub olsa da, ardından Viktoriya Vessoya (Estoniya) qalib gəlib.
Vesso hər iki görüşdə uduzduğu üçün Manolova mərhələ adlayıb. O, finala gedən yolda Krista İntse (Rumıniya) ilə üz-üzə gələcək.
Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.
------------------------------------------------------
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sonuncu qadın güləşçisi mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən Elis Manolova B qrupunda yarışacaq.
26 yaşlı idmançı ilk görüşündə Tetyana Rijko (Ukrayna) ilə, ardından Viktoriya Vesso (Estoniya) ilə üz-üzə gələcək. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcək.
Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.
Avropa çempionatı
65 kq
A qrupu
Elis Manolova - Tetyana Rijko (Ukrayna) - 0:7
Elis Manolova - Viktoriya Vesso (Estoniya) - 6:3
1/2 final. Elis Manolova - Krista İntse (Rumıniya) - 2:1
Final. Elis Manolova - Tatyana Rıjko (Ukrayna)