Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-n məlumatına görə, 82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu finala gedən yolda gürcüstanlı rumıniyalı Mixail Bradu ilə qarşılaşıb.
Rəqibinə 3:1 hesabı ilə qalib gələn titullu idmançı adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.
60 kq-da çıxış edən Murad Məmmədov yarımfinalda türkiyəli Kerem Kamala 0:8, 67 kq-da yarışan Həsrət Cəfərov Murat Fırata 0:2, 72 kq-da yer alan Ülvi Qənizadə Şmaki Bolkvadzeyə (Gürcüstan) 1:4 hesabı ilə uduzaraq, finala vəsiqə şanslarını itiriblər.
Bürünc medal uğrunda görüşdə Məmmədov Razvan Arnaut (Rumıniya) - Helari Maigisalu (Estoniya) cütünün qalibi, Cəfərov Sebastian Nad (Serbiya), Qənizadə isə Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) cütünün güclüsü ilə üz-üzə gələcək.
97 kq-da çıxış edən Murat Lokyayevin 1/8 finalda uduzduğu finlandiyalı Arvi Savolaynen finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Lokyayev yunanıstanlı Laokratis Kesidislə görüşəcək.
---------------------------------------
Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında döşək üzərinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, idmançıların hər biri mübarizəyə 1/8 finaldan başlayıb.
60 kq-da Murad Məmmədov Daniel Bobilyo (İspaniya) və Vitali Yeriomenkoya (Moldova) qalib gələrək, yarımfinala yüksəlib. Onun finaldakı rəqibi Kerem Kamal (Türkiyə) olacaq.
67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov əvvəlcə Vitalis Lazovskini (Almaniya), ardınca isə Mateuş Bernateki (Polşa) məğlub edib. Cərəfov yarımfinalda Murat Fıratla (Türkiyə) qüvvəsini sınayacaq.
72 kq-da yer alan Ülvi Qənizadə Samuel Belşeidi (Almaniya) və Deyvid Tixomirov (Bolqarıstan) ilə duellərdən qalib ayrılaraq, yarımfinala adlayıb. Qənizadə finala gedən yolda Şmaki Bolkvadze (Gürcüstan) ilə üz-üzə gələcək.
82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov ilk görüşündə Petr Novakı (Çexiya), növbəti qarşılaşmada isə Tamaş Levayı (Macarıstan) yenib. Titullu idmançı yarımfinalda Mixail Bradu (Rumıniya) ilə qarşılaşacaq.
97 kq-da yarışan Murat Lokyayev isə startda Arvi Savolaynenlə (Finlandiya) bacarmayıb.
Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal qarşılaşmasına çıxacaqlar. Süleyamnov Per Albin Olofssonu (İsveç), Abbasov Yohan Danielov Dimitrovu (Bolqarıstan), Kandelaki isə Dariuş Attila Viteki (Macarıstan) sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.
----------------------------------------
Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, idmançıların hər biri mübarizəyə 1/8 finaldan başlayacaq.
60 kq-da yer alan Murad Məmmədov Daniel Bobilyo (İspaniya), 67 kq-dakı Həsrət Cəfərov isə Vitalis Lazovski (Almaniya) ilə qarşılaşacaq.
72 kq çəki dərəcəsindəki Ülvi Qənizadə Samuel Belşeidi (Almaniya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
82 kq-da çıxış edən Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov ilk görüşündə Petr Novakla (Çexiya) üz-üzə gələcək.
97 kq-da yarışan Murat Lokyayevin rəqibi isə Arvi Savolaynenlə (Finlandiya) olacaq.
Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan), Beka Kandelaki isə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.
60 kq
1/8 final. Murad Məmmədov - Daniel Bobilyo (İspaniya) - 8:0
1/4 final. Murad Məmmədov - Vitali Yeriomenko (Moldova) - 6:1
1/2 final. Murad Məmmədov - Kerem Kemal (Türkiyə) - 0:8
Bürünc medal görüşü: Murad Məmmədov - Arnaut (Rumıniya) / Helari Maigisalu (Estoniya) cütünün qalibi
67 kq
1/8 final. Həsrət Cəfərov - Vitalis Lazovski (Almaniya) - 9:1
1/4 final: Həsrət Cəfərov - Mateuş Bernatek (Polşa) - 5:2
1/2 final. Həsrət Cəfərov - Murat Fırat (Türkiyə) - 0:2
Bürünc medal görüşü: Həsrət Cəfərov - Sebastian Nad (Serbiya)
72 kq
1/8 final. Ülvi Qənizadə - Samuel Belşeidi (Almaniya) - 5:1
1/4 final. Ülvi Qənizadə - Deyvid Tixomirov (Bolqarıstan) - 13:5
1/2 final. Ülvi Qənizadə - Şmaki Bolkvadze (Gürcüstan) - 1:4
Bürünc medal görüşü. Ülvi Qənizadə - Leos Drmola (Slovakiya) / Kristupas Sleyva (Litva) cütünün qalibi
82 kq
1/8 final. Rafiq Hüseynov - Petr Novak (Çexiya) - 5:1
1/4 final. Rafiq Hüseynov - Tamaş Levay (Macarsıtan)
1/2 final. Rafiq Hüseynov - Mixail Bradu (Rumıniya) - 3:1
Final. Rafiq Hüseynov - Gela Bolkvadze (Gürcüstan)
97 kq
1/8 final. Murat Lokyayev - Arvi Savolaynen (Finlandiya) - 1:7
Təsəlliverici görüş. Murat Lokyayev - Laokratis Kesidis (Yunanıstan)