
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin hesabına daha 5 medal yazılıb.
Sportnet.az xəbər verir ki, sərbəst güləşçilər 4 qızıl və 1 bürünc medal əldə ediblər.
Finalda Vasif Bağırov (48 kq) fransalı Rasul Qalburayevə (tuşe), Camal Abbasov (55 kq) ukraynalı İliya Şketikə (tuşe), İlyas İsayev (65 kq) gürcüstanlı Qoqa Otinaşviliyə (3:0), Yusif Dursunov (110 kq) türkiyəli Taha Yakup Temelə (6:0), bürünc medal uğrunda görüşdə isə Şəmistan Axundov (80 kq) ukraynalı Pavlo Vaskovskiyə (5:4) qalib gəlib.
Sabah sərbəst güləşçilər daha 5 medal qazana bilərlər.
Bu nəticələrdən sonra Azərbaycan 115 xalla komanda hesabında aşkar liderdir. 2-ci pillədə qərarlaşan Gürcüstanın cəmi 66 xalı var.