İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 (yeniyetmələr) dünya çempionatında bu gün 5 sərbəst güləşçi mübarizəyə qoşulacaq.
Sportnet.az xəbər verir ki, bunlar Bəşir Verdiyev (45 kq), Elman Ağayev (51 kq), Ağa Qasımov (60 kq), Ağanəzər Novruzov (71 kq) və Rəvan Musayevdir (92 kq).
Həmçinin bu gün Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) final, Şəmistan Axundov (80 kq) bürünc medal üçün ilk təsəlliverici görüşünə çıxacaq.
Qeyd edək ki, Azərbaycan hazırda bu dünya çempionatında yunan-Roma və qadın güləşindən 1 qızıl, 3 gümüş və 5 bürünc medal götürüb.