Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı fransalı Kumba Larrokla qarşılaşıb. Rəqibinə 2:3 hesabı ilə uduzan Manolova yekunda 5-ci yeri tutub.
Sentyabrın 16-da 57 kq-da yer alan Jalə Əliyeva da 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
---------------------------
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Tsuqumi Sakurai ilə üz-üzə gəlib.
Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. O, bürünc medal uğrunda görüşə çıxacaq.
Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
----------------------------
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Culiya Oliveyranı (Braziliya), daha sonra isə Ester Kolavoleni (Nigeriya) məğlub edib.
59 kq-dakı Alyona Kolesnik 1/4 finalda Sakura Motokiyə (Yaponiya) uduzub.
Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
----------------------------
Azərbaycanın daha 2 qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Jalə Əliyeva 1/8 finalda Culiya Oliveyra (Braziliya) ilə üz-üzə gələcək.
59 kq-dakı Alyona Kolesnik 1/4 finalda Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki cütünün qalibi ilə görüşəcək.
Bu gün həmçinin 53 kq-dakı Leyla Qurbanova və 65 kq-dakı Elis Manolova təsəlliverici qarşılaşmada iştirak edəcək. Qurbanova Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) duelinin güclüsü ilə, Manolova isə Aslı Demirlə (Türkiyə) qarşılaşacaq.