Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb.
Ötən il böyüklər arasında dünya çempionu olmuş rəqibinə 8:0 hesabı ilə qalib gələn Quluzadə həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda iranlı Poya Marzla qüvvəsini sınayacaq.
63 kq-da çıxış edən Ziya Babaşov isə yarımfinalda iranlı İman Hussein Xan Məhəmmədiyə 1:5 hesabı ilə uduzub. O, 3-cü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir) - Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə görüşəcək.
130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə ukraynalı Mixail Vişnivetski ilə dueldən məğlub ayrılıb - 3:6. Azərbaycan təmsilçisi 3-cü yer uğrunda görüşə çıxacaq. Onun rəqibi Əliəkbər Yusufiəhmədçali (İran) – Marin Nişimura (Yaponiya) görüşünün qalibi olacaq.
Qeyd edək ki, medal qarşılaşmaları oktyabrın 18-də keçiriləcək.
---------------------------------------------
Azərbaycanın 3 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək, adını növbəti mərhələyə yazdırıb. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə qarşılaşacaq.
63 kq-da Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı (Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi (İran) olacaq.
130 kq-dakı Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov (Qazaxıstan) və Kolton Maykl Şultsu (ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.
87 kq-dakı Laçın Vəliyev isə startda Andreas Vaelisi (Estoniya) yensə də, 1/4 finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb.