
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gəlib.
Bir gün əvvəl bütün rəqiblərini üstələyərək finala adlayan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakondan güclü olub.
Bu, sərbəst güləş üzrə Azərbaycan yığmasının qitə birinciliyində 5-ci medalı olub. Daha əvvəl Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Fərid Cabbarov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) isə bürünc medal şansını əldən veriblər.
Beləliklə, Azərbaycanın güləş yığmaları Avropa çempionatını ümumilikdə 6 qızıl, 3 gümüş, 3 bürünc medalla tamamlayıblar.
Sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.
-------------------------
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq.
86 kq-dakı Fərid Cabbarov təsəlliverici görüşdə İvan İçizli (Moldova) ilə üz-üzə gələcək.
92 kq çəkidəki Abdulcəlil Şabanov bürünc medal uğrunda Sergey Sarqsyan (Ermənistan) – Farhad Anoşen (İsveç) görüşünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, daha daha əvvəl sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar. Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.