Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan pəhləvan finalda Gürcüstan təmsilçisi Givi Matçaraşvili ilə üz-üzə gəlib. Hesabda 3:0 önə çıxdığı halda, sona doğru üstünlüyü əldən verərək, rəqibinə 3:4 hesabı ilə uduzan Maqomedov gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 3 medalla başa vurub. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qitə çempionu olub.
---------------------------
Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.
Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.
Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.
--------------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Əliabbas Rzazadə yarışın qalibi olub.
Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib. Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.
-----------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsi üzrə sərbəst güləşçilər mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, pəhləvanlar Bakı vaxtı ilə saat 13:30-dan 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəkilərdə təsnifat, saat 19:00-da yarımfinal görüşlərində çıxış edəcəklər.
Eyni zamanda saat 15:30-da 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəkilər üzrə təsəlliverici, saat 21:30-da isə final qarşılaşmaları olacaq.
Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (70 kq) və Maqomedxan Maqomedov (97 kq) final görüşlərinə çıxacaqlarsa, Əli Rəhimzadə və Səbuhi Əmiraslanov bürünc medal uğrunda təsəlliverici qarşılaşmalarda iştirak edəcəklər.
79 kq
Səbuhi Əmiraslanov
Avropa çempionatı
18 aprel
61 kq
Təsnifat mərhələsi: İntiqam Vəlizadə - Taras Markoviç (Ukrayna)
74 kq
Təsnifat mərhələsi: Cəbrayıl Qadjiyev – Simon Markl (Avstriya)
86 kq
1/8 final: Abubakr Abakarov – Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa)
92 kq
1/4 final: Osman Nurmaqomedov – Filip Finesilver (İsrail) – Recep Haydari (Şimali Makedoniya)
125 kq
Təsnifat mərhələsi: Georgi Meşvildişvili – Gennadi Kudinoviç (Almaniya)
Təsəlliverici görüşlər
65 kq
Əli Rəhimzadə - Coşua Finesilver (İsrail)
79 kq
Səbuhi Əmiraslanov - Axsarbek Gulayev (Slovakiya) / Hetik Kabolov (Serbiya) cütünün qalibi
Final
57 kq
Əliabbas Rzazadə - Süleyman Atlı (Türkiyə)
70 kq
Hacı Əliyev - Ramazan Ramazanov (Bolqarıstan)
97 kq
Maqomedxan Maqomedov - Givi Matçaraşvili (Gürcüstan)