İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millimizin üzvü Əsmər Can kurtaran bürünc medal görüşünə çıxıb.
İsveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələn idmançımız Avropa çempionatının bürünc medalını qazanıb.
Ruzanna Məmmədova (55 kq) moldovalı Lina Nitaya "tuş"la qalib gəlsə də, 1/4 finalda rumıniyalı Karla Lirkaya uduzub - 4:5. Rəqibin finala yüksəlməsi Məmmədova üçüncülük uğrunda mübarizə aparmaq imkanı yaradıb. Ruzanna norveçli Felisitas Domayevaya gücünü göstərərək (9:6) bürünc medal əldə edib.
Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək finala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşacaq.