Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında finala çıxıb.
Sportnet.az xəbər verr ki, Rafiq Hüseynov (82) yarımfinalda Türkiyə təmsilçisi Burhan Akbudakla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hüseynov sabah qızıl medal uğrunda qarşılaşmada iştirak edəcək.
Eldəniz Əzizli (55) yarımfinalda İran təmsilçisi Puya Dad Marza qalib gəlib. sabah qızıl medal uğrunda görüşə çıxacaq.
Sənan Süleymanov (77) isə yarımfinalda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.