
Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında 6 medal qazanıblar.
Sportnet.az xəbər verir ki, milli üzvləri 2 qızıl, 1 gümüş, 3 bürünc medala yiyələniblər.
Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) Universiadanın qalibi olublar. Fərid Xəlilov (67 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq) və Davud Məmmədli (77 kq) isə üçüncü yeri tutublar.