Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Sportnet.az xəbər verir ki, səs verənlər arasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov da var.
İkiqat Olimpiya mükafatçısı (1 qızıl, 1 gümüş medal) və Avropa çempionu 27 saylı Xətai seçki dairəsinə gələrək öz namizədinə səs verib.
T. Əsgərov daha sonra seçkilərlə bağlı təəssüratlarını "Azərtac"la bölüşüb: "Tarixi anlara şahidlik edirik. Ərazi bütövlüyümüzün bərpasından sonra ilk prezident seçkiləridir. Vətəndaşlıq borcumu yerinə yetirdiyimə görə xoşbəxtəm. Azərbaycan üçün xeyirli olsun”.