Cüdo üzrə Rusiya millisinin Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, yığma yarışda 24 idmançı ilə mübarizə aparacaq.
Cüdoçulardan 11-i kişi, 13-ü isə qadındır. Bütün çəki dərəcələrində təmsil olunan Rusiya cüdoçuları yarışda neytral statusda çıxış edəcəklər.
Qeyd edək ki, “Böyük dəbilqə” turniri fevralın 16-18-də Milli Gimnastika Arenasında təşkil olunacaq.