Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib.
Daha əvvəl Mariya Stadnik (50 kq) 10-cu titulunu rəsmiləşdirib.
Bu gün mübarizəyə qoşulan Jalə Əliyeva (57 kq) 1/4 finalda, Birgül Soltanova 1/8 finalda, Elis Manolova (65 kq) isə yarımfinala məğlub olub. Manolova sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.
-----------------------------------------
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub.
Sportnet.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.
Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.
Bu gün yığmamızın digər üzvü Alyona Kolesnik (59 kq) də həlledici görüşə çıxacaq. O, finalda Alina Filipoviçin (Ukrayna) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.
----------------------------------
Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə yunanıstanlı Nikoleta Barmpanı, 1/4 finalda isə belaruslu Tatyana Pavlovanı 4:1 hesabı ilə məğlub edib.
O, finala gedən yolda Ukrayna təmsilçisi İrina Koliadenko ilə qarşılaşacaq.
Azərbaycanın digər qadın güləşçiləri Jalə Əliyeva (57 kiloqram) 1/4 finalda ukraynalı Solomiyə Vinnikə, Birgül Soltanova (62 kiloqram) isə 1/8 finalda norveçli Avropa çempionu və dünya ikincisi Qreys Bullenə məğlub olub. Uduzduqları rəqiblər finala çıxsalar, idmançılarımız təsəlliverici görüşlərə vəsiqə qazanacaqkar.
Qeyd edək ki, bu gün qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının iki üzvü - Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) final qarşılaşmalarına çıxacaqlar.