
Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet az xəbər verir ki, 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə rəqibini üstələyib.
Avropa çempionu həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlubiyyətə uğradıb. Ondan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.
Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.
---------------------------------
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləşçilər mübarizəyə başlayıblar.
Sportnet.az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 5 güləşçisi yarışa qoşulub.
Onlardan biri - Maqomedxan Maqomedov (97 kq) finala vəsiqə qazanıb. Ardıcıl olaraq üç rəqibinə qalib gələn 26 yaşlı güləşçi həlledici görüşdə iştirak hüququna yiyələnib. O, fevralın 17-də finalda ikinci dəfə Avropa çempionu olmağa çalışacaq.
İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) bürünc medal uğrunda görüşə vəsiqə əldə ediblər. Onlar fəxri kürsünün üçüncü pilləsinə yüksəlmək imkanını davam etdiriblər.
------------------------------
Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, İslam Bazarqanov (57 kq) 1/4 finalda almaniyalı dünya və Avropa üçüncüsü Horst Lerə qalib gələrək növbəti raundda ermənistanlı Arsen Harutyunyana rəqib olub.
Əli Rəhimzadə (65 kq) yarımfinala gedən yolda Ukrayna təmsilçisi Erik Aruşanyandan üstün olub. O, finala çıxmaq uğrunda albaniyalı İslam Dudayevlə güləşəcək.
1/4 finalda slovakiyalı Batirbek Tçakulova qalib gələn Maqomedxan Maqomedov (97 kq) isə yarımfinalda bolqarıstanlı Vladislav Baytsayevi sınağa çəkəcək.
Bu gün mübarizəyə başlayan digər sərbəst güləşçilər - Kənan Heybətov (70 kq) və Orxan Abbasov (79 kq) isə 1/4 finalda məğlub olublar.
Qeyd edək ki, bu gün Azərbaycan iki qadın güləşçisi bürünc medal görüşünə çıxacaq. Elis Manolova (65 kq) almaniyalı Anna Nuernbergerlə, Birgül Soltanova (62 kq) isə rusiyalı Veranika İvanova ilə qarşılaşacaq.