Mayın 9-da Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürəcək.
Sportnet.az xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, Azərbaycanın yunan-Roma və qadın güləşçilərinin də ilk rəqibləri müəyyənləşib.
Yunan-Roma güləşi
60 kq
Təsnifat mərhələsi
Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)
87 kq
Təsnifat mərhələsi
Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)
97 kq
Təsnifat mərhələsi
Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)
130 kq
Təsnifat mərhələsi
Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)
Qadın güləşi
50 kq
1/8 final
Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)
53 kq
Təsnifat mərhələsi
Gültəkin Şirinova – Laura Avila (Kuba)
57 kq
Təsnifat mərhələsi
Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)
62 kq
Təsnifat mərhələsi
Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)
68 kq
Təsnifat mərhələsi
Elis Manolova – Nikol Parrado (Kolumbiya)
Qeyd edək ki, turnirdə hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.