
Azərbaycan güləşçisi Ziya Babaşov və Xasay Həsənli Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 63 kiloqramda mübarizə Z. Babaşov aparan idmançı yarımfinalda israilli Abere Fetene ilə üz-üzə gəlib.
Rəqibinə 5:3 hesabı ilə qalib gələn Z. Babaşov adını finala yazdırıb.
Daha əvvəl 55 kiloqramda mübarizə aparan Rəşad Məmmədov gürcüstanlı Giorgi Toxadzeyə məğlub olub. O, sabah 3-cü yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.
77 kiloqramda mübarizə aparan Xasay Həsənli yarımfinalda rumıniyalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız adını finala yazdırıb.
Azərbaycanın üç yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
R. Məmmədov gürcüstanlı Giorgi Toxadzeni, Z. Babaşov israilli Abere Feteneni, X. Həsənli isə Rumıniyalı Aleksandrin Qutunu sınağa çəkəcək.
Bu gün xalça üzərinə çıxan digər Azərbaycan güləşçilərindən Laçın Vəliyev (87 kiloqram) təsnifatda, Sərxan Məmmədov (130 kiloqram) isə 1/4 finalda uduzub.
Qeyd edək ki, Avropa çempionatına mayın 24-də yekun vurulacaq.
---------------------------------
Bu gün Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışda ilk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Azərbaycan təmsilçilərindən Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Həsən Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq.
Turnir saat 10:30-da başlayacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 24-də yekunlaşacaq.