
Əfsanəvi boksçu Evander Hollifild peşəkar boksçu karyerasını bitirmək haqda son qərarını verib. Sportnet.az-ın "Ringtv"yə istinadən məlumatına görə, 51 yaşlı boksçu sonuncu dəfə 2011-ci ildə danimarkalı əlcək ustası Brayan Nilsenə qarşı vuruşub.
Həmin döyüşdə Hollifild texniki nokautla qalib gəlib.
Peşəkar boksda qaradərili boksçu ilk titulunu 1986-cı ildə qazanıb. O, ağır çəkidə WBA versiyası üzrə dünya çempionu adını qazanıb. 1990-92-ci illərdə isə Holifild mütləq dünya çempionu adını əldə edib.
Qeyd edək ki, 1997-ci ilin iyulunda Hollifild Mayk Taysonla dünya çempionu adı uğrunda döyüşdə təcavüzə məruz qalıb. "Dəmir Mayk" onun qılağını dişləyib.