Azərbaycan millisinin iki güləşçisi karyerasını bitirib.
Sportnet.az xəbər verir ki, yunan-Roma güləşçisi Sabah Şəriəti və qadın güləşçi Maria Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurduqdan sonra bu addımı atıblar.
“Rio-2016”nın bürünc medalçısı S.Şəriəti iranlı dünya çempionu Amin Mirzəzadəyə 0:4 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib. Dördqat olimpiya mükafatçımızın M.Stadnik isə 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryava məğlub olaraq Paris Olimpiadası ilə vidalaşıb.