1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Rəsul Çunayev yenə dünyada lider oldu
Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, siyahıda Azərbaycanın 9 güləşçisinin adı yer alıb.
"Bakı 2015" I Avropa Oyunları və ABŞ-ın Las Veqas şəhərində keçirilmiş dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) isə 2-ci sırada qərarlaşıb. Sıralamada mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) olub. Mürsəliyev 6-cı, Sabah Şəriəti 4-cü sırada qərarlaşıb.
Digər güləşçilərdən Həsən Əliyev (66 kq) 9-cu, Rafiq Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) 5-ci, İslam Abbasov (85 kq) 13-cü, Şalva Qadabadze (98 kq) isə 19-cudur.