
Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşi üzrə keçirilən Dünya Kuboku yarışlarında Azərbaycan yığması ilk görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, qadın pəhləvanlardan ibarət yığma komanda ilk olaraq ABŞ güləşçiləri ilə qüvvəsini sınayıb.
8 çəki dərəcəsində gedən mübarizədə ilk olaraq döşək üzərinə Mariya Stadnik çıxıb. Azərbaycanlı idmançı Alisa Lampe ilə güləşdə rəqibini məğlub etməyi bacarıb - 0:8. Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:
ABŞ - Azərbaycan - 4*:4
48 kq - Alisa Lampe - Mariya Stadnik - 0:8
53 kq - Mary Fulp Allen - Anjela Doroqan - 1:7
55 kq - Helen Maroulis - Nataliya Sinişin - 11:0
58 kq - Alisson Ragan - İrina Netreba - 1:6
60 kq - Rene Campbell - Yuliya Ratkeviç - 0:10
63 kq - Elizabet Clodgo - Raqnetta Qurbanzadə - 7:2
69 kq - Randi Miller - Nadya Muşka - 7:0
75 kq - Adelin Grey - Gözəl Zutova - 15:4
Ümumi hesabda bərabərlik qeydə alındığından qalib şəxsi görüşlərdəki xallara əsasən təyin edilib və üstünlük ABŞ-a verilib.
B qrupunda keçirilən görüşlərdə Ukrayna Rusiyanı (4:4*), Monqolustan isə İsveçi məğlub edib - 6:2.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparır. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayır.