1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yaşar Bəşirov: "Tokio-2020-də böyük rəqabət olacaq"
"Karateçimizin 5 qat dünya çempionluğu bizim üçün böyük fəxrdir. İndiyədək 4 dəfədən çox heç kim bu nailiyyətə imza atmamışdı. Rafael Ağayev isə rekorda imza atdı". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avstriyanın Lints şəhərindəki dünya çempionatında Azərbaycan milli komandasının çıxışına həsr olunmuş mətbuat konfransında deyib.
Y.Bəşirov qazandıqları nailiyyətlərin ildən-ilə yüksəldiyini bildirərək, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında da uğurla çıxış etməyə çalışacaqlarını vurğulayıb: "Hazırda Ümumdünya Karate Federasiyasının 192 üzvü var. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək üzv ölkələrin sayı 200-ə çatacaq. Bu səbəbdən, böyük rəqabət olacaq. Çalışacağıq ki, dünyada reytinqimizi qaldıraq".