Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq "Baltic Cup" turnirində bürünc medal qazanıb
Sportnet.az xəbər verir ki, 20 yaşadək idmançıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadan bu mərhələdə latviyalı həmkarı Aleksejs Malinovskisi 15-12 hesabı ilə məğlub edib.
O, 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. V. Fətullayev bu dəfə Nikita Aniskoya 15-6 hesabı ilə qalib gəlib.
Azərbaycan təmsilçisi yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15-14 hesabı ilə üstələyib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma 13-14 hesabı ilə uduzub.