"Şamaxı” növbəti transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi almaniyalı hücumçu Leroy Mikelsi heyətinə qatıb. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Mikelsin son klubu Səudiyyə Ərəbistanın “Əl Taraji” klubu olub. Onun qardaşı Coy-Len Mikels hazırda "Sabah"da çıxış edir.