
Ispaniyanın "Real Madrid" klubu Fransa PSJ-sinin futbolçusu Marko Verattinin transferi ilə bağlı söhbətləri təkzib edib. Sportnet.az-ın məlumatına görə, bununla bağlı klubdan rəsmi xəbər verilib.
"Kral klubu"nun bəyanatında bildirilib: "Real Madrid"in PSJ klubu və futbolçunun nümayəndələri ilə əlaqə yaratmayıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir".
Qeyd edək ki, daha öncə Madrid təmsilçisi 22 yaşlı futbolçu ilə ilinə 7 milyon avro qarşılığında razılığa gəldikləri bildirilmişdi.






































































