
İspaniyanın "Sevilya" klubu baş məşqçi Unay Emeri ilə müqaviləni uzadıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssislə 2017-ci ilin iyununadək yeni anlaşma əldə edilib.
Emerinin rəhbərliyi altında "Sevilya" son 2 mövsümdə Avropa Liqasının qalibi olub. O, komandaya 2013-cü ildən başçılıq edir.





































































