
Bugünlərdə Azərbaycanın daha bir rayonunda yeni futbol klubu fəaliyyətə başlayıb.
Sportnet.az xəbər verir ki, bundan sonra Sabirabad ölkə miqyasında bir yarışda təmsil olunacaq.
Rayonun eyniadlı komandası qarşıdakı mövsümdən etibarən Region Liqasında mübarizə aparacaq.
AFFA "Sabirabad"ın çempionatda iştirakını rəsmən təsdiqləyib. Kollektiv Mərkəz zonasında qüvvəsini sınayacaq.