Azərbaycan milli komandası 2025-ci ildə yoxlama görüşü keçirməyi planlaşdırır.
Sportnet.az xəbər verir ki, millimiz Rusiya yığması ilə qarşılaşa bilər.
Həmin oyunun mart və ya iyun aylarında FIFA-nın rəsmi pəncərələrindən birində baş tutacağı gözlənilir.
Hazırda oyunun reallaşması üçün AFFA ilə Rusiya Futbol İttifaqı arasında danışıqlar davam etdirilir. Məlumata görə, təklif Rusiya tərəfindən gəlib. Matçın Rusiyada keçirilməsi nəzərdə tutulur.