
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Danimarkadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib "Nprdselland” klubunun 19 yaşlılardan ibarət komandası olub.
Görüş millimizin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu Vadim Ağarəhimov vurub.










































































